3 iyun 2026. Çərşənbə

Kruppi karyerasını PSJ-də davam etdirmək istəyir


  • Transfer
  • 23:09 02.06.2026
  • Oxunma sayı: 29
Kruppi karyerasını PSJ-də davam etdirmək istəyir

“Bornmut”un hücumçusu Eli Junior Kruppi karyerasını PSJ klubunda davam etdirməyi prioritet variant kimi görür.

90deqiqe.Az xəbər verir ki, Paris təmsilçisi gənc hücumçu ilə maraqlansa da, transferin reallaşması asan olmayacaq. Bildirilir ki, bir neçə Avropa nəhəngi futbolçunun transferi üzərində aylardır işləyir, PSJ isə bu yarışa nisbətən gec qoşulub.

Bundan başqa, razılaşmanın baş tutmasına ciddi maneə kimi maliyyə məsələsi göstərilir. Məlumata görə, “Bornmut” futbolçusuna görə təxminən 100 milyon avro gəlir əldə etmək istəyir.

Ötən mövsümdə Premyer Liqada 33 oyuna çıxan Kruppi 13 qol vurub. Onun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.







Transfer