- Transfer
- 23:47 02.06.2026
“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone rəhbərliyin Xulian Alvaresi ya komandada saxlamaq, ya da yüksək qiymətə satmaq mövqeyini anlayışla qarşılayır.
90deqiqe.Az-ın “Sport.es” ə istinadən məlumatına görə, lakin argentinalı mütəxəssis futbolçunun mümkün transferinə mane olmayacaq.
Məlumata görə, Simeone heyətdə yalnız layihəyə tam sadiq olan futbolçuların yer almasını istəyir. O hesab edir ki, “tam bağlılıq” onun üçün dəyişməz tələbdir.
Mütəxəssisin fikrincə, əgər oyunçu karyerasında yeni mərhələyə keçmək istəyirsə, ona bu imkanın verilməsi daha doğru yanaşmadır.
Bildirilib ki, daha əvvəl “Barselona” Alvaresin transferi üçün “Atletiko”ya 100 milyon avro təklif etsə də, Madrid klubu bu təklifə cavab verməyib.