3 iyun 2026. Çərşənbə

“Real” Mourinyonun istədiyi futbolçu ilə razılığa gəldi


  • Transfer
  • 23:30 02.06.2026
  • Oxunma sayı: 39
“Real” Mourinyonun istədiyi futbolçu ilə razılığa gəldi

“Real” klubu “İnter”in sağ cinah müdafiəçisi Denzel Dumfrislə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə üzrə razılıq əldə edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Madrid təmsilçisinə təyinatı gözlənilən portuqaliyalı mütəxəssis Joze Mourinyo danışıqlarda xüsusi rol oynayır. Təcrübəli çalışdırıcı Dumfrisi “yeni Maykon” hesab edir və onun oyun üslubunun öz planlarına tam uyğun gəldiyini düşünür.

Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə “İnter”də çıxış edən braziliyalı sağ cinah müdafiəçisi Maykonla birlikdə çalışıb.

Dumfris ötən mövsüm bütün turnirlər daxil olmaqla 28 oyunda meydana çıxıb. Niderlandlı futbolçu həmin görüşlərdə beş qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “İnter”lə qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər hesablanıb. Onun transfer bazarındakı dəyəri isə 25 milyon avro olaraq qiymətləndirilir.







Transfer