- Transfer
- 23:47 02.06.2026
“Real” klubunun yarımmüdafiəçisi Franko Mastantuono yenidən “River Pleyt”ə qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Argentina klubu futbolçunu qısamüddətli icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Daha əvvəl mətbuatda gənc oyunçunun “Real”da əsas heyətdə kifayət qədər oyun praktikası qazanmasının təmin olunmadığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, Mastantuono Argentina millisinin dünya çempionatı üçün heyətinə də çağırılmayıb.
“River Pleyt”də hesab edirlər ki, belə bir icarə futbolçunun yenidən formaya düşməsinə və kifayət qədər oyun ritmi qazanmasına kömək edə bilər. Klub həmçinin öz yetirməsini yaxşı tanıyır.
Qeyd edək ki, Franko Mastantuono 2025-ci ilin yayında Xabi Alonso dövründə “Real”a transfer olunub.