3 iyun 2026. Çərşənbə

Levandovski “Fənərbağça”ya keçə bilər


  • Transfer
  • 23:35 02.06.2026
  • Oxunma sayı: 33
Levandovski “Fənərbağça”ya keçə bilər

Robert Levandovskinin gələcəyi transfer bazarının ən çox müzakirə olunan mövzularından biri olaraq qalır.

90deqiqe.Az xəbər verir ki, “Barselona”dan rəsmi ayrılıqdan sonra polşalı hücumçunun adı daha çox Türkiyənin “Fənərbağça” klubu ilə hallanır.

Söz-söhbətlərə əlavə güc verən məqam isə futbolçunun həyat yoldaşı Anna Levandovskanın açıqlaması olub. O, sosial şəbəkələrdə izləyicilərinin sualına cavab verərkən qısa şəkildə “Bu Türkiyə olacaq” ifadəsini işlədib.

Bu açıqlama “Fənərbağça” azarkeşləri arasında böyük marağa səbəb olub və bir çoxları bunu futbolçunun gələcəyi ilə bağlı eyham kimi qiymətləndirib. Lakin bəzi fikirlərə görə, Anna Levandovska əvvəl də Türkiyədə təşkil etdiyi idman tədbirinə işarə edib.

Daha əvvəl yayılan məlumatlara əsasən, “Fənərbağça” prezidentliyinə namizəd Hakan Safi Levandovskinin transferini seçki proqramının əsas bəndlərindən biri kimi nəzərdən keçirir.

Polşalı hücumçuya mövsümə təxminən 10 milyon avro maaşla müqavilə təklif oluna bilər.







Transfer