3 iyun 2026. Çərşənbə

“Çelsi” Kukurelya üçün 70 milyon avro tələb edir


  • Transfer
  • 23:44 02.06.2026
  • Oxunma sayı: 41
“Çelsi” Kukurelya üçün 70 milyon avro tələb edir

“Çelsi”nin müdafiəçisi Mark Kukurelya “Atletiko Madrid” klubunun əsas transfer hədəflərindən biri olaraq qalır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Madrid təmsilçisinin rəhbərliyi futbolçunu heyətinə cəlb etməkdə maraqlıdır, lakin transferi 50 milyon avrodan aşağı məbləğə rəsmiləşdirməyi planlaşdırır.

Bununla belə, London klubunun mövqeyi daha sərtdir. “Çelsi” danışıqlara təxminən 70 milyon avrodan başlamağa hazırlaşır və müdafiənin əsas oyunçularından birini ucuz qiymətə buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Kukurelya ötən mövsüm İngiltərə Premyer Liqasında 34 oyunda meydana çıxıb və 5 məhsuldar hərəkətlə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir, onun bazar dəyəri isə 50 milyon avro olaraq qiymətləndirilir.







Transfer