3 iyun 2026. Çərşənbə

Kalulu 2030-cu ilə qədər “Yuventus”da qala bilər


  • Transfer
  • 23:47 02.06.2026
  • Oxunma sayı: 29
Kalulu 2030-cu ilə qədər “Yuventus”da qala bilər

“Yuventus”un müdafiəçisi Pyer Kalulu ilə müqaviləni 2030-cu ilə qədər uzada bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Turin klubu fransalı futbolçuya yeni müqavilə təklif edib, lakin tərəflər hələ də əməkhaqqı şərtlərində razılığa gələ bilməyiblər.

Hazırda Kalulu ildə təxminən 2,5 milyon avro qazanır. “Yuventus” onun maaşını 1 milyon avro artırmağa və əlavə bonuslar təklif etməyə hazırdır. Futbolçunun nümayəndələri isə illik təxminən 4 milyon avro tələb edirlər.

Qeyd edək ki, müdafiəçi ötən mövsüm komandanın ən çox istifadə olunan futbolçularından biri olub. O, 50 oyunun 49-da start heyətində meydana çıxıb və yalnız “İnter”ə qarşı matçda qırmızı vərəqə aldığı üçün bir oyunu buraxıb.

Kalulunun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun xidmətində “Mançester Yunayted” də maraqlıdır və klub skautları futbolçunun oyunlarını izləyib. Potensial transfer dəyərinin ən azı 40 milyon avro olduğu bildirilir. Həmçinin “Tottenhem” də vəziyyəti izləyir, lakin “Yuventus”da futbolçunun ayrılmasının az ehtimal edildiyi düşünülür.







Transfer