3 iyun 2026. Çərşənbə

Palestra uğrunda “Yuventus” və “İnter” mübarizə aparır


  • Transfer
  • 22:27 03.06.2026
  • Oxunma sayı: 8
Palestra uğrunda “Yuventus” və “İnter” mübarizə aparır

“Atalanta”nın müdafiəçisi Marko Palestra karyerasını İtaliyanın aparıcı klublarından birində davam etdirə bilər.

90deqiqe.Az  xəbər verir ki, bu barədə jurnalist Mirko Di Natale məlumat yayıb.

Məlumata görə, futbolçunun transferi uğrunda mübarizəyə “Yuventus” da qoşulub. Hazırda yarışda “İnter” öndə olsa da, Turin təmsilçisi futbolçunu hazırkı İtaliya çempionunun əlindən almağa çalışır.

“Atalanta” Palestranı 50 milyon avro qarşılığında buraxmağa hazırdır.

Qeyd edək ki, Marko Palestra 2025/2026 mövsümünü icarə əsasında “Kalyari”də keçirib. O, burada bütün turnirlərdə 37 oyunda meydana çıxaraq 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Futbolçu “Atalanta”nın yetirməsidir və klubla müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.







Transfer