3 iyun 2026. Çərşənbə

Alvaro Arbeloa Almaniya klubunda karyerasını davam etdirə bilər


  • Transfer
  • 22:29 03.06.2026
  • Oxunma sayı: 10
Alvaro Arbeloa Almaniya klubunda karyerasını davam etdirə bilər

“Real”ın sabiq məşqçisi Alvaro Arbeloa karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az  xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, ispan mütəxəssis öz xidmətlərini “Bayer” klubuna təklif edib. Bundesliqa təmsilçisi hazırda yeni baş məşqçi axtarışındadır.

Bildirilib ki, Leverkuzen klubu uzun illərdir Arbeloanın məşqçilik karyerasını izləyir. Lakin hazırda “Bayer” rəhbərliyi onun hələ kifayət qədər təcrübə qazandığını düşünmədiyi üçün ona təklif göndərməyə tələsmir.

Qeyd edək ki, Arbeloa 2025/2026 mövsümünü “Real”ın baş məşqçisi kimi tamamlayıb. O, yanvar ayında “kral klubu”na rəhbərlik etməyə başlayıb və komanda İspaniya çempionatını ikinci pillədə başa vurub.

Leverkuzen “Bayer”i isə Bundesliqa mövsümünü altıncı yerdə tamamlayıb.







Transfer