4 iyun 2026. Cümə axşamı

Noa Atubolu transfer bazarında “dalana dirənmiş vəziyyət”lə üzləşib


  • Transfer
  • 22:32 03.06.2026
  • Oxunma sayı: 11
Noa Atubolu transfer bazarında “dalana dirənmiş vəziyyət”lə üzləşib

“Frayburq”un qapıçısı Noa Atubolu İngiltərə Premyer Liqa klublarının marağına baxmayaraq, çətin vəziyyətdə qala bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.

Məlumata görə, 24 yaşlı qapıçı “Aston Villa”, “Liverpul” və “Çelsi” klublarının radarındadır. Lakin hələlik heç bir klub tərəfindən konkret təklif irəli sürülməyib. Buna görə də onun transfer vəziyyəti “dalana dirənmiş” kimi qiymətləndirilir.

Qeyd edək ki, Atubolu “Frayburq”un Avropa Liqasındakı uğurlu çıxışında mühüm rol oynayıb. Komanda turnirin finalına qədər irəliləsə də, həlledici oyunda “Aston Villa”ya məğlub olub. Qapıçı bu yarışda 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Futbolçu klubla 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləsini uzatmaqdan imtina edib. Bu səbəbdən ona yeni mövsümdə əsas qapıçı kimi güvənilməyəcəyi bildirilib.

Buna baxmayaraq, İngiltərə klubları onu prioritet transfer hədəfi kimi görmür. “Frayburq” isə maliyyə təzyiqi altında olmadığından futbolçunun satışında tələsmir və vəziyyətin inkişafını gözləyir.







Transfer