4 iyun 2026. Cümə axşamı

Sebalyos “Real”dan ayrıla bilər


  • Transfer
  • 23:11 03.06.2026
  • Oxunma sayı: 8
Sebalyos “Real”dan ayrıla bilər

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos yay transfer pəncərəsində klubu tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.

Məlumata görə, futbolçunun “Ayaks”a keçə biləcəyi ilə bağlı şayiələr yayılsa da, hazırda bu transferin baş tutma ehtimalı aşağıdır. İspaniyalı futbolçu karyerasını davam etdirəcəyi klubun məhz Niderland təmsilçisi olacağına əmin deyil.

Qeyd edək ki, Dani Sebalyos 2017-ci ildə “Betis”dən “Real”a 16 milyon avroya transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi “kral klubu”nun heyətində 23 oyuna çıxsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.

Futbolçunun bazar dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.







Transfer