4 iyun 2026. Cümə axşamı

Karius “Şalke” ilə müqaviləni uzada bilər


  • Transfer
  • 23:13 03.06.2026
  • Oxunma sayı: 8
Karius “Şalke” ilə müqaviləni uzada bilər

“Şalke”nin qapıçısı Loris Karius yaxın zamanda Almaniya klubuyla yeni müqavilə imzalaya bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Məlumata görə, tərəflər artıq danışıqların son mərhələsinə keçib və yeni razılaşmanın detalları müzakirə olunur.

Qeyd edilir ki, qapıçı karyerasını Gelsenkirxen təmsilçisində davam etdirməkdə maraqlıdır. Buna baxmayaraq, onun xaricdən də təklifləri mövcuddur.

Yeni müqavilənin daha yüksək maliyyə şərtləri nəzərdə tutduğu bildirilir. Razılaşma baş tutarsa, Karius komandanın ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.

31 yaşlı qapıçı 2025-ci ilin yanvarında “Şalke”yə transfer olunub. O, başa çatan mövsümdə İkinci Bundesliqada 30 oyuna çıxaraq 24 qol buraxıb.







Transfer