- Transfer
- 23:16 03.06.2026
“Bavariya” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun ətrafında yaranmış vəziyyəti diqqətdə saxlayır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The i Paper” nəşri məlumat yayıb.
Məlumata görə, Almaniya klubu 28 yaşlı futbolçunu heyətində görmək istəyən beş komanda sırasındadır. “Bavariya” ilə yanaşı, oyunçuya “Nyukasl”, “Aston Villa”, “Tottenhem” və “Barselona”nın da maraq göstərdiyi bildirilir.
Qeyd olunur ki, Münhen təmsilçisinin əsas transfer hədəfi PSV klubunun futbolçusu İsmayıl Saybaridir. Klub 25 yaşlı mərakeşli oyunçu ilə artıq şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Əgər klublar transfer qiymətində razılığa gələ bilməsə, “Bavariya” alternativ variantlara yönələ bilər. Həmin variantlardan biri də Markus Reşforddur.