4 iyun 2026. Cümə axşamı

"Milan" yeni mövsümə Poçettino ilə başlaya bilər


  • Transfer
  • 22:28 04.06.2026
  • Oxunma sayı: 31
"Milan" yeni mövsümə Poçettino ilə başlaya bilər

Argentinalı mütəxəssis Maurisio Poçettino "Milan"ın yeni baş məşqçisi ola bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mənbənin iddiasına görə, Poçettinonun nisbətən aşağı maliyyə tələbləri onun namizədliyini ön plana çıxarır. Klub rəhbərliyi təcrübəli çalışdırıcı ilə illik beş milyon avro qarşılığında razılığa gəlməyə ümid edir.

Poçettino məşqçilik karyerası ərzində bir sıra nüfuzlu komandaları çalışdırıb. Onun rəhbərliyi altında "Tottenhem" UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Argentinalı mütəxəssis daha sonra PSJ-də çalışıb. O, burada Lionel Messi, Neymar və Kilian Mbappe kimi ulduzların yer aldığı hücum xətti ilə işləyib. Bununla belə, həmin heyət gözlənilən nəticələri əldə edə bilməyib.

Hazırda Maurisio Poçettino ABŞ milli komandasının baş məşqçisidir.







Transfer