- Transfer
- 23:17 04.06.2026
"Real Madrid"in hücumçusu Vinisius Juniorun gələcəyi klub rəhbərliyində mümkün dəyişiklik baş verəcəyi təqdirdə sual altında qala bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə namizəd Enrike Rikelmeyə yaxın mənbələrə istinadən məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə, Rikelmenin ətrafı braziliyalı futbolçunun transferə çıxarıla biləcəyini istisna etmir. Bununla belə, prezidentliyə namizəd bu barədə rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Rikelme seçkilərdə qalib gələcəyi təqdirdə "Mançester Siti"nin hücumçusu Erlinq Halandı və yarımmüdafiəçisi Rodrini "Real Madrid"ə transfer etdirəcəyinə söz verib.
Lakin belə genişmiqyaslı layihənin həyata keçirilməsi üçün Madrid təmsilçisinin hazırkı ulduz futbolçularından biri ilə yollarını ayırmalı ola biləcəyi bildirilir.