- Transfer
- 23:17 04.06.2026
"Çelsi"nin hücumçusu Liam Delap çətin keçən debüt mövsümünə baxmayaraq, klubu tərk etmək niyyətində deyil.
90deqiqe.Az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 23 yaşlı futbolçu komandada ən azı daha bir mövsüm keçirməyi və özünü sübut etməyi planlaşdırır. Delap yüksək rəqabətə və ötən mövsüm ona mane olan zədələrə baxmayaraq, əsas heyətdə yer uğrunda mübarizə aparmaq əzmindədir.
Qeyd olunur ki, hücumçu gələcəyini "Çelsi" ilə bağlayır və iyulun 1-dən komandanın baş məşqçisi vəzifəsini icra edəcək Xabi Alonso ilə işləmək istəyir.
Məlumata görə, futbolçu yaxın vaxtlarda Londonda ev alıb. Bu isə onun klubda uzunmüddətli qalmaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.