4 iyun 2026. Cümə axşamı

İraola İngiltərə nəhənginə rəhbərlik edəcək


  • Transfer
  • 22:46 04.06.2026
  • Oxunma sayı: 32
İraola İngiltərə nəhənginə rəhbərlik edəcək

Andoni İraola "Liverpul" klubunun baş məşqçisi vəzifəsinə təyin olunmaq üçün son razılaşmanı əldə etmək məqsədilə şəhərə gəlib.

90deqiqe.Az  xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

43 yaşlı ispan mütəxəssis San-Sebastyandan şəxsi təyyarə ilə Con Lennon adına hava limanına eniş edib, daha sonra isə onu sürücü ilə avtomobil qarşılayıb.

Məlumata görə, danışıqların sürətlə irəliləməsinə səbəb İraolanın klubun idman direktoru Riçard Hyuzla əvvəlki "Bornmut" əməkdaşlığı dövründən tanış olmasıdır.

Bildirilir ki, yaxın saatlarda İraola ilə iki illik müqavilə imzalanacaq və o, vəzifəsindən azad edilən Arne Slotu əvəz edəcək.

Qeyd edək ki, "Liverpul" ötən mövsüm İngiltərə çempionatını beşinci pillədə başa vurub. Bu nəticə komandanın əvvəlki çempionluq mövsümündən sonra ciddi geriləmə kimi qiymətləndirilir.







Transfer