- Transfer
- 23:30 04.06.2026
“Ayntraxt”ın müdafiəçisi Nataniyel Braun “Bavariya”ya keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.
Münhen klubu 22 yaşlı futbolçu ilə artıq şifahi razılığa gəlib. Bildirilir ki, danışıqlarda “Bavariya”nın baş məşqçisi Vensan Kompani mühüm rol oynayıb və o, şəxsi danışıqlarla oyunçunu komandaya qoşulmağa razı salıb.
Məlumata görə, Braunla 2031-ci ilin yayına qədər müqavilə imzalanması nəzərdə tutulur. “Ayntraxt” isə futbolçunun transferindən 60–65 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Hazırkı müqaviləyə əsasən, müdafiəçi Frankfurt klubunda 2030-cu ilə qədər çıxış etməlidir, onun bazar dəyəri isə 40 milyon avro olaraq qiymətləndirilir.