4 iyun 2026. Cümə axşamı

“Mançester Siti”ni “Tottenhem”ə dəyişə bilər


  • Transfer
  • 22:58 04.06.2026
  • Oxunma sayı: 33
“Mançester Siti”ni “Tottenhem”ə dəyişə bilər

“Mançester Siti”nin cinah hücumçusu Savio “Tottenhem” klubuna keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.

Bildirilib ki, braziliyalı vinger baş məşqçi Roberto De Dzerbinin əsas transfer hədəflərindən biridir. Hazırda tərəflər arasında danışıqlar ilkin mərhələdədir.

Məlumata görə, “Mançester Siti” 22 yaşlı futbolçu üçün təxminən 70 milyon avro tələb edə bilər.

Daha əvvəl Savionun “Tottenhem”ə keçməyə hazır olduğu barədə də məlumat yayılmışdı.

Qeyd edək ki, 2025/26 mövsümündə Savio bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.







Transfer

Qakpo “Liverpul”da qalacaq
  • Transfer
  • 23:27 04.06.2026
Qakpo “Liverpul”da qalacaq