5 iyun 2026. Cümə

Kriştiano Ronaldo bazar dəyərini itirdi


  • Transfer
  • 23:05 04.06.2026
  • Oxunma sayı: 25
Kriştiano Ronaldo bazar dəyərini itirdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 41 yaşlı mərkəz hücumçusu Kriştiano Ronaldo bazar dəyərini itirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Transfermarkt” portalının yenilənmiş məlumatlarında qeyd olunub.

Bildirilib ki, portuqaliyalı ulduz futbolçunun transfer dəyəri 12 milyon avrodan 10 milyon avroya endirilib. Maraqlıdır ki, Ronaldo karyerasının başlanğıcında, 2003-cü ildə də məhz 10 milyon avro dəyərində qiymətləndirilirdi.

2025/2026 mövsümündə Ronaldo “Əl-Nəsr”in heyətində 37 oyuna çıxaraq 30 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə birlikdə Səudiyyə Ərəbistanı çempionu olub.

Hücumçu həmçinin Portuqaliya millisinin 2026-cı il dünya çempionatı üçün ilkin heyətinə daxil edilib.







Transfer

Qakpo “Liverpul”da qalacaq
  • Transfer
  • 23:27 04.06.2026
Qakpo “Liverpul”da qalacaq