1 oktyabr 2026. Cümə axşamı

“Liverpul” 16 yaşlı ulduzu transfer etmək istəyir


  • Transfer
  • 23:17 04.06.2026
  • Oxunma sayı: 142
“Liverpul” 16 yaşlı ulduzu transfer etmək istəyir

“Herta”nın yarımmüdafiəçisi Kennet Ayxhorn “Liverpul”a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Bildirilib ki, İngiltərə klubu 16 yaşlı futbolçunun transferi üzərində fəal işləyir və son günlərdə mümkün razılaşma ilə bağlı növbəti danışıqlar raundu keçirilib.

Məlumata görə, istedadlı yarımmüdafiəçiyə Bundesliqanın bir sıra klubları və Avropanın aparıcı komandaları da maraq göstərir. Lakin hazırda ən aktiv tərəf məhz “Liverpul”dur.

Qeyd olunur ki, futbolçu hələ yekun qərar verməyib, lakin yaxın vaxtlarda gələcəyi ilə bağlı mövqe bildirməlidir.

Onun bazar dəyərinin 20 milyon avro olduğu bildirilir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir