5 iyun 2026. Cümə

Qakpo “Liverpul”da qalacaq


  • Transfer
  • 23:27 04.06.2026
  • Oxunma sayı: 31
Qakpo “Liverpul”da qalacaq

“Liverpul”un hücumçusu Kodi Qakponun böyük ehtimalla klubda qala bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.

Mənbənin iddiasına görə, Arne Slotun istefasından sonra holland futbolçunun “qırmızılar”ı tərk etmək istədiyi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Bildirilir ki, hücumçu komandadakı vəziyyətindən razıdır və yeni baş məşqçinin təyinatını gözləyir.

Qakpo 2023-cü ildə “PSV”dən “Liverpul”a 42 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.

2025/26 mövsümündə holland futbolçu bütün turnirlərdə 52 oyuna çıxaraq 9 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.







Transfer

Qakpo “Liverpul”da qalacaq
  • Transfer
  • 23:27 04.06.2026
Qakpo “Liverpul”da qalacaq