- Transfer
- 23:46 04.06.2026
İtaliya gənclər millisinin və “Milan”ın qapıçısı Alessandro Lonqoni PSJ-yə keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Paris klubu 18 yaşlı qolkiperin transferini demək olar ki, yekunlaşdırıb. Bildirilir ki, futbolçu Fransanın nəhəng klubu ilə ilk peşəkar müqaviləsini imzalayacaq.
Lonqoni PSJ-nin gənclər komandasında çıxış edəcək, həmçinin əsas heyətin məşqlərinə cəlb olunacaq.
Qeyd edək ki, Lonqoni “Milan” akademiyasının yetirməsidir və İtaliyanın 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edir.
Xatırladaq ki, ötən mövsümün ikinci yarısında PSJ-nin əsas qapıçısı rusiyalı Matvey Safonov olub.