- Transfer
- 23:46 04.06.2026
Alman mütəxəssis Marko Roze “Bornmut”un baş məşqçisi təyin edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Klubun yaydığı məlumatda qeyd olunur ki, bir sıra titullar qazanmış, gənc futbolçuların inkişafında mühüm rol oynamış və Avropanın aparıcı klublarında çalışmış mütəxəssis “Bornmut”a qoşulub. Rozenin yüksək templi, hücum yönümlü oyun üslubu və gənc istedadlarla işləmək bacarığı ilə tanındığı vurğulanıb.
Bildirilir ki, o, Avstriya və Almaniyada uğurlu karyera qurub, Almaniya Bundesliqasında, Avropa Çempionlar Liqasında və Avropa Liqasında müxtəlif klubları çalışdırıb.
Qeyd edək ki, “Bornmut”un əvvəlki baş məşqçisi Andoni İraola komandadan ayrılıb və 4 iyun tarixində “Liverpul”un baş məşqçisi təyin olunub.