- Transfer
- 23:46 04.06.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Real”ın prezidentliyinə namizəd Enrike Rikelmenin onu transfer edəcəyi ilə bağlı sözlərinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə açıqlamasında gələcəyi ilə bağlı sualları Dünya Çempionatından sonra cavablandıracağını deyib.
“Buradayam və Dünya Çempionatına fokuslanmışam. Gələcəyimlə bağlı hər şey turnir başa çatdıqdan sonra müzakirə oluna bilər”, - deyə Rodri bildirib.
Qeyd edək ki, Rikelme seçkilərdə qalib gələcəyi təqdirdə “Mançester Siti”nin hücumçusu Erlinq Holannı da “Real Madrid”ə transfer edəcəyini vəd edib. Prezident seçkiləri 7 iyun tarixində keçiriləcək. Seçkidə hazırkı klub rəhbəri Florentino Peres də iştirak edir.