6 iyun 2026. Şənbə

Mourinyo "Real"a bu yarımmüdafiəçini istəyir


  • Transfer
  • 21:45 05.06.2026
  • Oxunma sayı: 36
Mourinyo "Real"a bu yarımmüdafiəçini istəyir

Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Real Madrid"ə mümkün qayıdışı ərəfəsində transfer siyahısını müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, təcrübəli çalışdırıcının Madrid klubunun prezidenti Florentino Peresə təqdim etdiyi siyahıda "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş də yer alıb.

Bildirilir ki, London təmsilçisi 21 yaşlı futbolçunu 80 milyon funt-sterlinqə (təxminən 92 milyon avro) dəyərləndirir. Portuqaliyalı oyunçu ilə yanaşı, İngiltərə nəhəngləri "Arsenal" və "Liverpul" da maraqlanır.

Mateuş Fernandeş ötən mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxaraq beş qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Vest Hem"lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, yarımmüdafiəçinin bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer

Arne Slot "Fulhem"dən imtina etdi
  • Transfer
  • 21:57 05.06.2026
Arne Slot "Fulhem"dən imtina etdi