- Transfer
- 23:23 05.06.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot karyerasını "Fulhem"də davam etdirmək variantını qəbul etməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Marku Silvanın komandadan ayrılmasından sonra London klubu 47 yaşlı niderlandlı mütəxəssislə əlaqə saxlayaraq ona baş məşqçi postunu təklif edib. Lakin Slot bu təklifi geri çevirib.
Qeyd olunur ki, təcrübəli çalışdırıcı yeni iş yeri seçimi ilə bağlı tələsmək istəmir və daha cəlbedici təklifləri dəyərləndirməyə üstünlük verir.
Məlumata görə, Arne Slot 2026-cı il dünya çempionatından sonra Niderland millisinin baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur. Onun gələcək karyerasını məhz milli komanda ilə davam etdirməsi ehtimalı yüksək qiymətləndirilir.
Xatırladaq ki, Arne Slot ötən həftə "Liverpul"dakı vəzifəsindən ayrılıb. Niderlandlı mütəxəssis bir il əvvəl Mersisayd təmsilçisini İngiltərə Premyer Liqasının çempionu etmişdi.