1 oktyabr 2026. Cümə axşamı

"Nyukasl" Qordonun əvəzləyicisini İspaniyada tapdı


  • Transfer
  • 22:11 05.06.2026
  • Oxunma sayı: 165
"Nyukasl" Qordonun əvəzləyicisini İspaniyada tapdı

"Nyukasl" rəhbərliyi komandadan ayrılaraq "Barselona"ya transfer olunan Antoni Qordonun əvəzləyicisini müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə klubu "Osasuna"nın vingeri Viktor Munyosa ciddi maraq göstərir. "Sağsağanlar"ın skautları 22 yaşlı ispaniyalı futbolçunun çıxışını bir neçə aydır yaxından izləyirlər.

Klub rəhbərliyi hesab edir ki, Munyos həm Qordonun boşluğunu doldura, həm də komandanın hücum potensialını artırmağa kömək edə bilər.  Viktor Munyosun müqaviləsində 40 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Madrid "Real"ının yetirməsi olan futbolçu ötən mövsüm La Liqada "Osasuna"nın heyətində 34 oyunda meydana çıxıb. O, bu görüşlərdə altı qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

 







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir