6 iyun 2026. Şənbə

"İnter" Aleksandar Stankoviçi geri qaytardı


  • Transfer
  • 22:13 05.06.2026
  • Oxunma sayı: 25
"İnter" Aleksandar Stankoviçi geri qaytardı

"İnter" yarımmüdafiəçi Aleksandar Stankoviçin transferini rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Milan təmsilçisi serbiyalı futbolçu ilə bağlı "Brügge" ilə müqavilədə nəzərdə tutulan geri satınalma bəndini aktivləşdirib.

20 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

"İnter"in yetirməsi olan Aleksandar Stankoviç 2025-ci ilin yayından etibarən Belçikanın "Brügge" klubunda çıxış edirdi. Gənc futbolçu burada keçirdiyi bir mövsüm ərzində 55 oyunda meydana çıxaraq doqquz qol vurub və beş məhsuldar ötürmə edib.

İtaliya mətbuatının yaydığı məlumata görə, Milan klubu futbolçunu 23 milyon avro qarşılığında geri alıb. Bununla belə, Stankoviçin yeni mövsümdə də "İnter"də qalacağı dəqiq deyil.

Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Brentford" serbiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. "İnter" isə futbolçunun transfer dəyərini təxminən 40 milyon avro olaraq qiymətləndirir.







Transfer

Arne Slot "Fulhem"dən imtina etdi
  • Transfer
  • 21:57 05.06.2026
Arne Slot "Fulhem"dən imtina etdi