6 iyun 2026. Şənbə

"Tottenhem" "Liverpul"un sabiq ulduzunu transfer etdi


  • Transfer
  • 22:16 05.06.2026
  • Oxunma sayı: 33
"Tottenhem" "Liverpul"un sabiq ulduzunu transfer etdi

İngiltərənin "Tottenhem" klubu "Liverpul"un keçmiş müdafiəçisi Endryu Robertsonun transferini rəsmən açıqlayıb.

90deqiqe.Az  xəbər verir ki, 32 yaşlı futbolçu London təmsilçisinə azad agent statusunda keçib. Müqavilənin müddəti barədə klub tərəfindən məlumat verilməyib.

Qeyd edək ki, şotlandiyalı futbolçu 2017-ci ildə "Hall Siti"dən "Liverpul"a transfer olunmuşdu. O, mersisaydlılarla birlikdə İngiltərə Premyer Liqasının iki dəfə qalibi olub, UEFA Çempionlar Liqasını qazanıb, həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkubokunun qalibi adını əldə edib.

Əlavə edək ki, "Tottenhem" ötən mövsüm Premyer Liqanı 17-ci pillədə başa vurub. Çempionluğu "Arsenal" əldə edib, ikinci yeri "Mançester Siti", üçüncü pilləni isə "Mançester Yunayted" tutub.







Transfer

Arne Slot "Fulhem"dən imtina etdi
  • Transfer
  • 21:57 05.06.2026
Arne Slot "Fulhem"dən imtina etdi