6 iyun 2026. Şənbə

PSJ Vitinya və Joau Neveşlə bağlı qərarını verdi


  • Transfer
  • 22:24 05.06.2026
  • Oxunma sayı: 35
PSJ Vitinya və Joau Neveşlə bağlı qərarını verdi

Fransanın PSJ klubu yarımmüdafiəçiləri Vitinya və Joau Neveşi yay transfer pəncərəsində satmaq niyyətində deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hər iki futbolçuya "Real"ın maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, PSJ rəhbərliyi bu oyunçuların komandadan ayrılmasını planlaşdırmır.

Paris təmsilçisində hesab edirlər ki, "Real"ın mümkün transfer cəhdləri klub daxilindəki prezident seçkiləri ilə əlaqəli informasiya fonunda formalaşır və vəziyyətə müdaxilə etməyə ehtiyac yoxdur.

Qeyd olunur ki, PSJ-də həm Vitinyanın, həm də Joau Neveşin klubu tərk etmək istəyi ilə bağlı hər hansı siqnal qeydə alınmayıb. Buna görə də Paris klubu 150 milyon avroluq mümkün təklifdən narahat deyil.

Xatırladaq ki, daha əvvəl "Real Madrid" prezidenti Florentino Peres klub tarixində ən böyük transfer təklifini təqdim edəcəyini açıqlamışdı.







Transfer

Arne Slot "Fulhem"dən imtina etdi
  • Transfer
  • 21:57 05.06.2026
Arne Slot "Fulhem"dən imtina etdi