6 iyun 2026. Şənbə

"Sauthempton" Peretsin transfer hüquqlarını aldı


  • Transfer
  • 22:28 05.06.2026
  • Oxunma sayı: 45
"Sauthempton" Peretsin transfer hüquqlarını aldı

İngiltərənin "Sauthempton" klubu "Bavariya" və İsrail millisinin qapıçısı Daniel Peretsin transferini rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, klub futbolçu ilə uzunmüddətli müqavilə imzalandığını bildirib. Sazişin müddəti 4 il təşkil edir.

Perets mövsümün əvvəlində icarə əsasında Almaniyanın "Hamburq" klubunda çıxış edib, daha sonra isə yanvarda "Sauthempton"un heyətinə qoşulub.

İsrailli qapıçı 2023-cü ildə Təl-Əviv "Makkabi"sindən "Bavariya"ya transfer olunmuşdu. O, ötən mövsümdə bütün turnirlərdə 28 oyunda meydana çıxaraq qapısında 25 qol görüb və 10 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Perets "Bavariya" ilə birlikdə 2024/2025 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.







Transfer

Arne Slot "Fulhem"dən imtina etdi
  • Transfer
  • 21:57 05.06.2026
Arne Slot "Fulhem"dən imtina etdi