- Transfer
- 00:35 06.06.2026
Almaniyanın “Bavariya” klubu heyətini gücləndirmək istiqamətində planlarını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Münhen təmsilçisi “Liverpul”un gənc vingeri Rio Nqumoanın transfer imkanlarını araşdırır. Lakin hələlik klublar arasında heç bir rəsmi əlaqə baş tutmayıb.
“Liverpul” rəhbərliyi 17 yaşlı futbolçunun satışa çıxarılmadığını və onu heyətdə saxlamaq niyyətində olduğunu bildirir.
Qeyd olunur ki, Nqumoa yay transfer dönəminin sonuna yaxın 18 yaşına çatacaq.
Gənc futbolçu artıq “Liverpul”un əsas komandasında 30 matç keçirib, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalının məlumatına əsasən, Rio Nqumoanın bazar dəyəri 30 milyon avro təşkil edir.