- Transfer
- 00:35 06.06.2026
İspaniyalı hücumameyilli yarımmüdafiəçi Ansu Fati karyerasını Fransanın “Monako” klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Monako” “Barselona”dan 23 yaşlı futbolçunun transferi ilə bağlı bütün prosedurları tamamlayıb.
Müqavilənin dəyəri 11 milyon avro təşkil edir. Bundan əlavə, Kataloniya təmsilçisi futbolçunun gələcək satışından faiz payı əldə edəcək.
Qeyd edək ki, Ansu Fati ötən mövsümü də “Monako”da icarə əsasında keçirib. O, Fransa Liqa 1-də 25 oyuna çıxaraq 11 qol vurub və komandanın hücum xəttində önəmli rol oynayıb.