6 iyun 2026. Şənbə

"Mançester Yunayted" Tonali üçün rekord məbləğ ödəməyə hazırdır


  • Transfer
  • 14:27 06.06.2026
  • Oxunma sayı: 43
"Mançester Yunayted" Tonali üçün rekord məbləğ ödəməyə hazırdır

"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib.

90deqiqe.Az-ın “Caught Offside"yə istinadən məlumatına görə, İngiltərə nəhəngi "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək niyyətindədir.

Məlumata görə, mankunianlılar italiyalı futbolçu üçün 80-90 milyon avro ödəməyə hazırdırlar. Lakin "Nyukasl" rəhbərliyi 26 yaşlı oyunçunun transferi üçün ən azı 110 milyon avro tələb edir və onu satmaq niyyətində deyil.

Tonaliyə maraq göstərən yeganə klub "Mançester Yunayted" deyil. "Arsenal" və "Mançester Siti" də təcrübəli yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Qeyd edək ki, Sandro Tonali ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb. O, bu görüşlərdə üç qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun "Nyukasl"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 80 milyon avro qiymətləndirilir.







Transfer