6 iyun 2026. Şənbə

"Liverpul" Konatenin əvəzləyicisini Fransada tapdı


  • Transfer
  • 14:42 06.06.2026
  • Oxunma sayı: 49
"Liverpul" Konatenin əvəzləyicisini Fransada tapdı

"Liverpul" müdafiə xəttini gücləndirmək üçün "Bernli"nin mərkəz müdafiəçisi Maksim Esteveni transfer siyahısına daxil edib.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, mersisaydlılar komandadan ayrılan İbrahima Konatenin yerini məhz 24 yaşlı fransalı futbolçu ilə doldurmağı planlaşdırırlar.

Məlumata görə, Estevenin transferi uğrunda mübarizədə "Liverpul" tək deyil. "Çelsi" və "Kristal Pelas" da müdafiəçinin xidmətində maraqlıdır.

Bununla belə, "qırmızılar" hələlik futbolçunun transferi ilə bağlı konkret addım atmayıblar. "Bernli" rəhbərliyi isə oyunçunu komandada saxlamağın çətin olacağını anlayır.

Qeyd edək ki, Maksim Esteve ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb. Müdafiəçi bu qarşılaşmalarda məhsuldar göstərici ilə yadda qalmasa da, sabit oyunu ilə diqqət çəkib.

Futbolçunun "Bernli" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, onun bazar dəyəri 28 milyon avro təşkil edir.







Transfer