6 iyun 2026. Şənbə

"Çelsi" Kukurelyanın əvəzləyicilərini müəyyənləşdirdi


  • Transfer
  • 14:59 06.06.2026
  • Oxunma sayı: 35
"Çelsi" Kukurelyanın əvəzləyicilərini müəyyənləşdirdi

"Çelsi" müdafiəçisi Mark Kukurelyanın mümkün gedişi fonunda alternativ variantlar üzərində işləyir.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, London təmsilçisi ispaniyalı futbolçunun transfer olunacağı təqdirdə onu əvəz edə biləcək bir neçə namizədi nəzərdən keçirir.

Məlumata görə, "zadəganlar"ın siyahısında "Yuventus"un cinah müdafiəçisi Andrea Kambyazo və "Ayntraxt"ın futbolçusu Nataniel Braun yer alır. Digər namizədlərdən biri isə "Bayer"də çıxış edən Alexandro Qrimaldudur. İspan müdafiəçi ilə "Çelsi"nin baş məşqçisi Xabi Alonso daha əvvəl birlikdə çalışıb.

Qeyd olunur ki, Mark Kukurelyanın xidmətində Madridin "Atletiko", "Real" və "Barselona" klubları maraqlıdır.

Bununla belə, "Çelsi" 27 yaşlı futbolçunu satmağa tələsmir. Lakin klub sərfəli təklif alacağı halda transferə razılıq verə bilər. London təmsilçisi ispaniyalı müdafiəçini təxminən 46 milyon avro dəyərində qiymətləndirir.







Transfer