6 iyun 2026. Şənbə

"Real" Kvaratsxeliya üçün 150 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 15:03 06.06.2026
  • Oxunma sayı: 39
"Real" Kvaratsxeliya üçün 150 milyon avro ödəməyə hazırdır

"Real" klubu PSJ-nin vingeri Xviça Kvaratsxeliyanı transfer etmək üçün rekord məbləğ ayırmağa hazırlaşır.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, İspaniya nəhəngi gürcü futbolçu üçün 150 milyon avro təklif edə bilər.

Məlumata görə, "Real" rəhbərliyi artıq 25 yaşlı oyunçunun transferi istiqamətində işlərə başlayıb və tərəflər arasında ilkin danışıqların baş tutduğu bildirilir. Klub rəhbərliyində Kvaratsxeliyanın Madridə keçidə müsbət yanaşacağına dair inam var.

Qeyd edək ki, "Real"ın prezidenti Florentino Peres daha əvvəl gələn həftə 150 milyon avroluq transfer təklifi edəcəyini açıqlamışdı, lakin futbolçunun kimliyi açıqlanmamışdı.

Bununla belə, "PSJ" aparıcı oyunçularından birini itirmək niyyətində deyil və maliyyə baxımından da transferə ehtiyac duymur.

Xviça Kvaratsxeliya ötən mövsüm bütün turnirlərdə 48 oyuna çıxaraq 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "PSJ" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 140 milyon avro təşkil edir.







Transfer