6 iyun 2026. Şənbə

"Mançester Yunayted" sol cinah üçün üç namizəd müəyyənləşdirdi


  • Transfer
  • 15:23 06.06.2026
  • Oxunma sayı: 44
"Mançester Yunayted" sol cinah üçün üç namizəd müəyyənləşdirdi

"Mançester Yunayted" müdafiə xəttini gücləndirmək məqsədilə yeni sol cinah müdafiəçisi transferini gündəmə gətirib.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, klubun əsas hədəflərindən biri "Nyukasl Yunayted"in futbolçusu Lyuis Holldur. Lakin "soroklar" 20 yaşlı oyunçunu satmaq istəmir və onun qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib.

Məlumata görə, "qırmızı şeytanlar" alternativ variantlar üzərində də işləyir. Siyahıda "Ayntraxt"ın müdafiəçisi Nataniel Braun və "Barselona"nın futbolçusu Alekse Balde yer alır.

Bildirilir ki, mankunianlılar artıq Braun və onun ətrafı ilə ilkin əlaqə saxlayıblar. Alman klubu futbolçunu 64 milyon avro dəyərində qiymətləndirir. Gənc müdafiəçi ilə "Bavariya" da maraqlanır, lakin transfer məbləği səbəbindən Münhen təmsilçisinin geri çəkilə biləcəyi istisna edilmir.

Qeyd olunur ki, "Mançester Yunayted" Alekse Balde ilə bağlı da mütəmadi məlumat toplayır və onun transfer imkanlarını yaxından izləyir.







Transfer