6 iyun 2026. Şənbə

“Real” Olise transferi üçün hərəkətə keçib


  • Transfer
  • 15:58 06.06.2026
  • Oxunma sayı: 41
“Real” Olise transferi üçün hərəkətə keçib

“Real” klubu “Bavariya”nın hücumçusu Maykl Olisenin transferi istiqamətində konkret addımlar atmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçunun “kral klubu”na keçmək istəyi barədə məlumatlar yayılıb və Madrid təmsilçisi bu situasiyadan istifadə etməyi planlaşdırır.

Məlumata görə, “Real” Olisenin transferini gələn həftə rəsmi təkliflə rəsmiləşdirməyə hazırlaşır. Klub rəhbərliyi futbolçunun keçidə müsbət yanaşdığını da bilir.

Qeyd edək ki, “Real”ın prezidenti Florentino Peres daha əvvəl gələn çərşənbə axşamı 150 milyon avroluq transfer təklifi ediləcəyini açıqlamış, daha sonra isə bu futbolçunun məhz Olise ola biləcəyi iddia olunmuşdu.

Maykl Olise ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxaraq 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 150 milyon avro təşkil edir.







Transfer