6 iyun 2026. Şənbə

“Yuventus” “Milan”ın qapıçısını transfer etmək istəyir


  • Transfer
  • 16:01 06.06.2026
  • Oxunma sayı: 36
“Yuventus” “Milan”ın qapıçısını transfer etmək istəyir

İtaliyanın “Yuventus” klubu “Milan”ın və Fransa millisinin qapıçısı Mayk Menyanı transfer hədəfinə çevirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Məlumata görə, Turin təmsilçisi qapı xəttini gücləndirmək niyyətindədir və 30 yaşlı qolkiper potensial variantlar sırasında yer alır. Yaxın günlərdə tərəflər arasında ilkin danışıqların başlanması istisna edilmir.

Qeyd edək ki, Mayk Menyan ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb və onlardan 16-da qapısını toxunulmaz saxlayıb.

Futbolçunun “Milan”la müqaviləsi davam edir. “Transfermarkt” portalının məlumatına əsasən, Menyanın bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.







Transfer