6 iyun 2026. Şənbə

Qrinvud “Fənərbağça” yolunda? - Prezidentliyə namizəd razılaşma açıqladı


  • Transfer
  • 16:04 06.06.2026
  • Oxunma sayı: 24
Qrinvud “Fənərbağça” yolunda?    - Prezidentliyə namizəd razılaşma açıqladı

“Marsel”in hücumçusu Meyson Qrinvudun karyerasını Türkiyə çempionatında davam etdirmə ehtimalı yaranıb.

90deqiqe.Az xəbər verir ki, “Fənərbağça”nın prezidentliyə namizədi Hakan Safi 24 yaşlı futbolçu ilə artıq ilkin razılıq əldə etdiyini bildirib.

Onun sözlərinə görə, seçkilərdə qalib gələcəyi təqdirdə Qrinvudla 2030-cu ilin iyununa qədər müqavilə imzalanacaq.

Mümkün transfer ətrafında müzakirələri futbolçunun sosial şəbəkə fəaliyyəti də daha da gücləndirib. Belə ki, Qrinvud Hakan Safinin hesabını izləyib və onun paylaşımlarını bəyənib. Bu isə bir çox mənbələr tərəfindən Türkiyəyə keçidin dolayı təsdiqi kimi qiymətləndirilib.

Qeyd edək ki, “Marsel” rəhbərliyi daha əvvəl futbolçunun satışını istisna etməmişdi.







Transfer