- Transfer
- 16:53 06.06.2026
“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourenso ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, klublar braziliyalı futbolçunun transferi ilə bağlı bütün sənədləşmə prosesini yekunlaşdırıb. Keçidin dəyəri 45 milyon avro təşkil edir.
26 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə “Mançester Yunayted”lə rəsmi müqavilə imzalayacağı bildirilir. Qeyd olunur ki, Edersonun transferi “qırmızı şeytanlar”ın yaydakı ilk alışıdır.
Fabritsio Romanonun sözlərinə görə, sövdələşmə artıq tam təsdiqlənib.
Qeyd edək ki, Ederson ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.