6 iyun 2026. Şənbə

“Milan” Leau üçün 50 milyon avro tələb edir


  • Transfer
  • 16:27 06.06.2026
  • Oxunma sayı: 39
“Milan” Leau üçün 50 milyon avro tələb edir

“Milаn”ın vingeri Rafael Leau yay transfer pəncərəsində klubdan ayrıla bilər.

90deqiqe.Az-ın “Corriere dello Sport"a istinadən məlumatına görə, “rossoneri” rəhbərliyi 26 yaşlı hücumameyilli futbolçunun transferindən 50 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Rafael Leau 2019-cu ilin avqustundan etibarən “Milan”ın şərəfini qoruyur. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

Portuqaliyalı futbolçu ötən mövsüm A Seriyasında 29 oyuna çıxaraq 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer