6 iyun 2026. Şənbə

“Brentford” Tyaqo üçün 81 milyon avro tələb edir


  • Transfer
  • 16:53 06.06.2026
  • Oxunma sayı: 35
“Brentford” Tyaqo üçün 81 milyon avro tələb edir

“Brentford” klubu hücumçusu İqor Tyaqonun transferi ilə bağlı mövqeyini müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, “arılar” braziliyalı forvardın satışından təxminən 81 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Məlumata görə, futbolçunun “Mançester Yunayted”ə mümkün transferi hələ ilkin mərhələdədir və danışıqlar davam edir. Sövdələşmənin gedişinə “Old Trafford” təmsilçisində Coşua Zirkzenin gələcəyi də təsir göstərə bilər.

Qeyd edək ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

İqor Tyago ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxaraq 25 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Brentford”la müqaviləsi 2031-ci ilin iyun ayına qədər qüvvədədir







Transfer