6 iyun 2026. Şənbə

Balde gələcəyi ilə bağlı qərarını verdi


  • Transfer
  • 20:01 06.06.2026
  • Oxunma sayı: 14
Balde gələcəyi ilə bağlı qərarını verdi

“Barselona”nın müdafiəçisi Alexandro Balde karyerasını Kataloniya klubunda davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı futbolçuya İngiltərə Premyer Liqasının bir sıra aparıcı klubları maraq göstərsə də, o, “Barselona”dan ayrılmaq niyyətində deyil.

Məlumata görə, “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” Baldenin transferində maraqlı olsalar da, 21 yaşlı müdafiəçi “blauqrana”nın sıralarında qalmaq istəyir.

Qeyd edək ki, Balde “Barselona”nın yetirməsidir və onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

İspan futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına əsasən, Baldenin bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer