7 iyun 2026. Bazar günü

“Çelsi” “Atletiko”nun müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 22:27 07.06.2026
  • Oxunma sayı: 36
“Çelsi” “Atletiko”nun müdafiəçisini transfer etmək istəyir

“Atletiko”nun müdafiəçisi Matteo Rucceri yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Mənbənin iddiasına görə, italiyalı futbolçu ilə “Çelsi” yaxından maraqlanır. London klubu Ruccerini “Barselona”nın maraq dairəsində olan Mark Kukurelyanın mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.

Bununla yanaşı, futbolçunun özü yenidən İtaliyaya qayıdaraq “Roma”ya keçməyə qarşı deyil. Lakin Roma təmsilçisinin yay transfer dönəmi üçün fərqli planlar qurduğu bildirilir.

Qeyd edək ki, Matteo Rucceri 2025-ci ildə 17 milyon avro qarşılığında “Atalanta”dan “Atletiko”ya transfer olunub. Müdafiəçinin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Rucceri 2025/26 mövsümündə “Atletiko”nun heyətində bütün turnirlərdə 47 oyuna çıxıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer