- Transfer
- 23:30 07.06.2026
Son günlər PSJ-nin yarımmüdafiəçiləri Vitinya və Joau Neveşin adı “Real” ilə hallandırılsa da, bu transferlərin reallaşması gözlənilmir.
90deqiqe.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano Paris klubunun hər iki futbolçunu satılmayacaq oyunçular siyahısına daxil etdiyini bildirib.
Mənbənin məlumatına görə, Vitinya və Joau Neveş “PSJ”nin idman layihəsinin əsas fiqurları hesab olunur. Klub rəhbərliyi portuqaliyalı yarımmüdafiəçilərlə bağlı heç bir təklifə baxmağı və onların transfer qiymətini müzakirə etməyi planlaşdırmır.
Bildirilir ki, klub prezidenti Nasser Əl-Xəlaifi, idman müşaviri Luiş Kampuş və baş məşqçi Luis Enrike komandanın bütün aparıcı ulduzlarını heyətdə saxlamaq niyyətindədirlər. Paris təmsilçisinin əsas hədəfi isə UEFA Çempionlar Liqasının qalibi adını ardıcıl üçüncü dəfə qazanmaqdır.
Qeyd edək ki, “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Vitinya və Joau Neveş hazırda dünyanın ən bahalı futbolçuları siyahısında yeddinci pilləni bölüşürlər.