- Transfer
- 23:30 07.06.2026
İtaliyanın “Napoli” klubu Portuqaliyanın “Benfika” komandasının futbolçusu Riçard Riosun transferini həyata keçirməyə yaxınlaşıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Apito Final” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Neapol təmsilçisi kolumbiyalı yarımmüdafiəçinin transferi üçün 35 milyon avro büdcə ayırıb və onu yeni mövsüm öncəsi komandanın mərkəz xəttinin gücləndirilməsi üçün əsas hədəflərdən biri kimi görür.
Bildirilib ki, “Benfika” 26 yaşlı futbolçunu ən azı 40 milyon avro dəyərində qiymətləndirir və hələlik qiymətdə endirim etməyə hazır deyil. Buna baxmayaraq, tərəflərin mövqelərinin tədricən yaxınlaşdığı və danışıqların yaxın günlərdə həlledici mərhələyə keçə biləcəyi qeyd olunur.
Qeyd edək ki, Riçard Rios ötən mövsüm “Benfika”nın heyətində 45 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.