8 iyun 2026. Bazar ertəsi

Uqarte “Mançester Yunayted”dən ayrılmağa yaxındır


  • Transfer
  • 23:21 07.06.2026
  • Oxunma sayı: 33
Uqarte “Mançester Yunayted”dən ayrılmağa yaxındır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqartenin yay transfer pəncərəsində komandadan ayrılması gündəmdədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "UtdDistrict" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, uruqvaylı futbolçu klubdan ayrılmaq niyyətindədir və “qırmızı şeytanlar” da onun satışına müsbət yanaşır. Bildirilir ki, tərəflər artıq qərarın verildiyini qəbul edirlər.

Daha əvvəl futbolçu ilə Türkiyə və İtaliya klublarının maraqlandığı iddia olunurdu.

Qeyd edək ki, Manuel Uqarte 2024-cü ildə “PSJ”dən “Mançester Yunayted”ə 50 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

2025/26 mövsümündə 24 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 24 oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” portalı futbolçunun hazırkı dəyərini 25 milyon avro olaraq qiymətləndirir.







Transfer